...

Beynəlxalq Sığorta Şirkətinin İddialar Departamenti yeni ofisə köçürülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2012 13:37 (UTC +04:00)
Beynəlxalq Sığorta Şirkəti tərəfindən müştərilərə göstərilən sığorta xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində şirkətin İddialar Departamenti Bakının Murtuza Muxtarov küçəsi, 188 ünvanında (OMD uşaq xəstəxanası yaxınlığında) yerləşən yeni ofisə köçürülüb.
Beynəlxalq Sığorta Şirkətinin İddialar Departamenti yeni ofisə köçürülüb

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Beynəlxalq Sığorta Şirkəti tərəfindən müştərilərə göstərilən sığorta xidmətlərinin səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində şirkətin İddialar Departamenti Bakının Murtuza Muxtarov küçəsi, 188 ünvanında (OMD uşaq xəstəxanası yaxınlığında) yerləşən yeni ofisə köçürülüb. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı şirkətin yaydığı məlumatda deyilir.

İddialar departamentində 25-dən çox əməkdaş çalışır.

Departamentin sığorta hadisələri barədə müraciətləri qəbul edən dispetçerləri, hadisə yerinə yetişən qəza komissarları və tibbi sığorta üzrə müştərilərə məsləhətlər verən və istiqamətləndirən həkim-koordinatorlar müştərilərə həftənin 7 günü, 24 saat fasiləsiz olaraq xidmət göstərməkdədir.

"Şirkətin müsbət nüfuzuna təsir edən ən vacib amillərdən biri xidmət səviyyəsidir. Buna görə də yeni ofisdə müştərilər üçün ən rahat şərait yaratmağa çalışdıq. Yeni ofis böyük otaqlar, rahat gözləmə yerləri, müasir təchizat və geniş maşın dayanacağı kimi üstünlüklərə malikdir. Digər tərəfdən isə yeni ofislə baş ofisin yaxın yerləşməsi bir sıra prosesləri tezləşdirir. Bu isə nəticədə, bizim sığortalıların vaxtına qənaət edir", - Beynəlxalq Sığorta Şirkətinin İdarə Heyətinin sədri Sadıx Məmmədov bildirib.

Müştərilərin rahatlığı üçün İddialar departamenti ilə həm köhnə telefon nömrələri - (012) 564-07-79; 564-07-69, həm də yeni telefon nömrələri ilə - (012) 436-73-30; 436-73-31; 436-73-32 əlaqə saxlamaq olar. Qısa telefon nömrəsi -*1001- dəyişməz olaraq qalır.

Beynəlxalq Sığorta Şirkəti Azərbaycanın sığorta bazarının böyük sığorta şirkətlərindən biridir. Şirkət Azərbaycan Beynəlxalq Bankı tərəfindən 2002-ci ildə təsis edilib və hazırda müştərilərinə 34 növ sığorta xidməti göstərir.

Xəbər lenti

Xəbər lenti