Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir E.İsmayılov/
Bakı Metropoliteni eskalatorların dəyişdirilməsindən sonra "28 May" stansiyasının əsas girişini sərnişinlər üçün sabah açacaq. Bu barədə cümə günü Trend-ə Metropolitendən bildiriblər.
"Sərnişinlər stansiyanın girişindən artıq sentyabrın 15-də saat 12:00-dən etibarən istifadə edə biləcəklər", - Bakı Metropolitenindən deyiblər.
"28 May" stansiyasında eskalatorların dəyişdirilməsi nəticəsində hərəkət zolaqlarının sayı 3-dən 4-dək artırılıb. Stansiyada vestibülün yenidən qurulması üzrə işlərin aparılması da planlaşdırılır.
Metropoliten yeni tədris ilinin başlması ilə əlaqədar sentyabrın 15-dən qatarların yeni hərəkət qrafikinə keçir.