...

Azərbaycan yeni vaqonlar alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2012 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 sentyabr /Trend, müxbir E.İsmayılov/

"Azərbaycan Dəmir Yolları" QSC İsveçrənin "Stadler Rail" şirkətinin sərnişin vaqonlarının əldə edilməsinə dair təklifini nəzərdən keçirir. Bu barədə çərşənbə günü Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, Bakı-Tbilisi-Qars yeni dəmiryol marşrutunun açılması üçün Azərbaycan və Gürcüstan ərazisindəki dəmiryol xəttinin Türkiyədəki Avropa standartlarına cavab verən daha dar xətlərə keçməsini təmin etmək lazım olacaq.

"Bunun üçün bu keçidə təmin etməyə imkan verəcək mexanizmli vaqonlar lazımdır", - Əzməmmədov deyib.

Onun sözlərinə görə, bununla əlaqədar olaraq, hazırda QSC İsveçrə şirkətinin istehsalı olan sərnişin vaqonlarının əldə edilməsi imkanını nəzərdən keçirir.

"Yeni dəmiryol marşrutu yük vaqonlarının alınmasını da nəzərdə tutur, lakin İsveçrə şirkətindən sərnişin vaqonlarının əldə edilməsi planlaşdırılır", - Əzməmmədov vurğulayıb.

"Stadler Rail" sərnişin və xüsusi vaqonların, tramvay və manevrli teplovozlar istehsalçısıdır. Şirkətin İsveçrə, Almaniya, Polşa və digər ölkələrdə zavodları var. Şirkətin məhsullarından dünyanın 13 ölkəsində istifadə edirlər.

Xəbər lenti

Xəbər lenti