...

“Atəşgah” Sığorta Qrupunun əməkdaşları dağlara ekoloji yürüş esiblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2012 12:35 (UTC +04:00)
“Atəşgah” Sığorta Qrupunun bir qrup əməkdaşı Şahdağ milli qoruğunun ərazisinə ekoloji yürüş ediblər. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.
“Atəşgah” Sığorta Qrupunun əməkdaşları dağlara ekoloji yürüş esiblər

Azərbaycan, Bakı, 26 sentyabr/ Trend/
"Atəşgah" Sığorta Qrupunun bir qrup əməkdaşı Şahdağ milli qoruğunun ərazisinə ekoloji yürüş ediblər. Trend-in məlumatına görə, bu barədə şirkətin çərşənbə günü yaydığı məlumatda deyilir.

Komanda ruhunu möhkəmləndirilməklə yanaşı, yürüşün əsas məqsədlərindən biri ərazini tullantılardan təmizləmək olub. Əlverişsiz hava şəraitinə baxmayaraq, qarşıya qoyulan məqsədə uğurla nail olunub.

Sığorta Qrupunun Prezidenti Ruslan Əliyevin sözlərinə görə: "Bu yürüş xüsusi əhəmiyyətə malikdir. Belə ki, "Atəşgah" düşərgəsindən tullantıların təmizlənməsi və toplanması kimi layihə realizə etməklə, ilk növbədə, əyani şəkildə Sığorta Qrupunun Dağlarda etik davranışla bağlı Beynəlxalq Bəyannaməyə aidiyyatı olduğunu nümayiş etdirdik".

Yürüşdə "Atəşgah" SQ-nun bu əməkdaşları iştirak etmişlər: Rüfət Ağayev, Musa Məmmədov, Fərid Əsgərov, Hikmət Civa-zadə, Eşqin Camalov, Ramil İbrahimov, Fərid Xalıqov, Elnar Sultanov, Azər Əsgərov, Vüqar Hüseynli, Toğrul Həsənli, Yusif İmamverdiyev.
"Atəşgah" Sığorta Şirkəti 1996-cı ilin sonunda təsis edilib.
"Atəşgah" SŞ və "Atəşgah Həyat" SŞ Atəşgah" Sığorta Qrupuna daxildir. 2011-cu ilin nəticələrinə görə, "Atəşgah" Sığorta Qrupu Azərbaycan sığorta şirkətlərinin renkinq siyahısında birinci yeri tutur. 2011-ci il ərzində Qrupun sığorta haqları 28 mln. manat, ödənişləri isə 6,4 mln. Manat artıqdır. "Atəşgah" SQ müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti