...

İƏT ölkələri arasında ticarət dövriyyəsinin payı 20 faizə çatdırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2012 14:16 (UTC +04:00)
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri arasında münasibətlərin 10 illik inkişaf proqramı çərçivəsində 2015-ci ilədək təşkilata üzv ölkələr arasında ticarət dövriyyəsinin payını bu ölkələrin ümumi ticarət dövriyyəsində 20 faizə çatdırmaq planlaşdırılır.
İƏT ölkələri arasında ticarət dövriyyəsinin payı 20 faizə çatdırılacaq

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir A.Tağıyeva/

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri arasında münasibətlərin 10 illik inkişaf proqramı çərçivəsində 2015-ci ilədək təşkilata üzv ölkələr arasında ticarət dövriyyəsinin payını bu ölkələrin ümumi ticarət dövriyyəsində 20 faizə çatdırmaq planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə İƏT-in baş direktoru Ekmələddin İhsanoğlu təşkilatın Ticarət əməkdaşlığı üzrə komitəsinin konfransında deyib.

Onun sözlərinə görə, 2004-cü ildə İƏT ölkələri arasında ticarət dövriyyəsinin payı 14 faiz, 2008-ci ildə isə 18 faiz olub. Buna görə də qarşıya qoyulan tapşırığı (ticarət dövriyyəsini 20 faizə çatdırmaq) reallaşdırmaq mümkündür.

İhsanoğlu İƏT-in iştirakçı ölkələrinin özəl sektorunu ticarət münasibətlərinin inkişafında rollarını artırmağa çağırıb.

O, həmçinin qeyd edib ki, İƏT nəqliyyat, enerji və ticarət sahəsində birgə layihələrə investisiyaların həcmini artırmağı planlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti