...

İslam ölkələrində sahibkarlar arasında kooperasiyalar iqtisadi münasibətlərin inkişafına yardım edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2012 15:44 (UTC +04:00)
İslam dövlətlərinin iş adamları arasında kooperasiya iqtisadiyyatların yaxınlaşmasına və ticarət əlaqələrinin inkişafına yardım edir.
İslam ölkələrində sahibkarlar arasında kooperasiyalar iqtisadi münasibətlərin inkişafına yardım edir

Türkiyə, İstanbul, 11 oktyabr /Trend, xüsusi müxbir İ.Xəlilova/

İslam dövlətlərinin iş adamları arasında kooperasiya iqtisadiyyatların yaxınlaşmasına və ticarət əlaqələrinin inkişafına yardım edir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı İstanbulda XIV MUSIAD Beynəlxalq Sərgisi və XVI Beynəlxalq Biznes Forumu Konqresinin təntənəli açılışında Türkiyənin Müstəqil Sənayeçilər və Sahibkarlar Birliyinin (MUSIAD) prezidenti Nail Olpak bildirib.

Bu tədbirlər İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadiyyat və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin 28-ci iclası çərçivəsində təşkil olunub və oktyabrın 11-dən 14-dək keçiriləcək.

Olpak qeyd edib ki, 2012-ci ilin birinci yarısında tənəzzül yaşadığı halda Türkiyə iqtisadiyyatı 10,3 faiz artıb. Səkkiz ay ərzində Türkiyənin Aİ ölkələrinə ixracı cəmi 10,8 faiz, İƏT ölkələrinə isə 123 faiz artıb.

Onun sözlərinə görə, İƏT ölkələri arasında ticari-iqtisadi əlaqələr son on ildə artmağa başlayıb və artmaqda davam edir.

Biznes forumunun işinə dünyanın 86 ölkəsindən 5 min iş adamı qoşulub. Türkiyənin başlıca məqsədi 2023-cü ilədək 500 milyard dollarlıq ixrac həcminə nail olmaqdır və belə görüşlərin təşkili gələcək layihələr üzrə razılaşmalar üçün çox vacibdir.

Sərgidə 735 şirkət, o cümlədən Türkiyənin 565 firması iştirak edir.

Türkiyənin İqtisadiyyat Nazirliyinin və MUSIAD-ın dəstəyi ilə təşkil olunan tədbirlərdə müxtəlif islam ölkələrindən rəsmi şəxslər və iş adamları iştirak edirlər. Tədbir Baş nazir Rəcəb Tayyib Ərdoğanın, eləcə də ölkənin iqtisadiyyat naziri Zəfər Çağlayanın və digər dövlətlərin iqtisadiyyat nazirlərinin iştirakı ilə keçir.

Forumda habelə Misirin iqtisadiyyat naziri Osama Saleh, Malayziyanın ticarət və sənaye naziri Datu Şri Mustafa Məhəmməd, İslam İnkişaf Bankının direktoru Məhəmməd Əli, Mərakeşin Baş naziri Abdullah Benkirane iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti