...

"Bank Standard" ödəniş kartları üzrə aksiyanın qaliblərini müəyyənləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2012 14:12 (UTC +04:00)
"Bank Standard"ın baş ofisində müştərilərə loyallıq proqramı, həmçinin kart vasitəsilə ödənişləri stimullaşdırmaq proqramı çərçivəsində "Kartla ödə, "APPLE" qazan!" aksiyasının IV mərhələsinin lotereyası keçirilib.
"Bank Standard" ödəniş kartları üzrə aksiyanın qaliblərini müəyyənləşdirib

Azərbaycan, Bakı, 19 oktyabr/Trend/

"Bank Standard"ın baş ofisində müştərilərə loyallıq proqramı, həmçinin kart vasitəsilə ödənişləri stimullaşdırmaq proqramı çərçivəsində "Kartla ödə, "APPLE" qazan!" aksiyasının IV mərhələsinin lotereyası keçirilib. Trend-in məlumatına görə, bu barədə cümə günü bankın yaydığı məlumatda deyilir.

Lotereyanın qalibiləri Şıxlinskaya L.F. (0020025), Əsədova Z.A. (0250116), İskəndərova H.A. (0882358), Əliyev R.T. (1189430), Quliyeva A.M. (1328093), Baimov E.Ş. (1370004), Yusifov N.Y. (2327740), Əsədova Z.A. (279373), Tağıyev T.Ə. (1690896), və De Boer Bob P. (2429350) olublar. Qaliblərin hər birinə "MacBook Air" noutbukarı təqdim olunacaq.

Qaliblər öz uduşlarını təhvil almaq üçün tirajın keçirilmə tarixindən etibarən 90 iş günü ərzində bankın baş ofisinə (Bakı, Azərbaycan pr., 4) müraciət edə bilərlər.

Bankın uduşlu aksiyaları haqda daha ətraflı məlumatı www.bankstandard.com saytından, bankın Məlumat mərkəzinin 158 nömrəsindən (gecə-gündüz), eləcə də www.facebook.com/BankStandard.KB səhifəsindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti