...

"Bazarstore" növbəti satış mərkəzini istifadəyə verib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2012 16:02 (UTC +04:00)
"Bazarstore" növbəti satış mərkəzini şəhərin mərkəzində, "28 Mall" ticarət mərkəzində istifadəyə verib.
"Bazarstore" növbəti satış mərkəzini istifadəyə verib (FOTO)

Azərbaycan, Bakı, 19 oktyabr /Trend/

"Bazarstore" növbəti satış mərkəzini şəhərin mərkəzində, "28 Mall" ticarət mərkəzində istifadəyə verib.

Açılışı dövlət müstəqilliyimizin növbəti ildönümü ərəfəsinə təsadüf edən satış mərkəzi məhsul çeşidinin bolluğu, qiymətlərin münasibliyi və ən əsası yüksək keyfiyyəti ilə xidmətə başlayıb. Təntənəli açılış mərasimində qırmızı lenti kəsən "Azərsun Holdinq"in idarə heyətinin üzvü mərkəzin belə bir əlamətdar ərəfədə istifadəyə verilməsinin sevindirici hadisə olduğunu bildirib. Qeyd edib ki, modern pərakəndəçiliyin ən uğurlu nümunəsi olacaq bu mərkəz sakinlərin tələblərini yüksək səviyyəli xidməti və bol çeşidi ilə qarşılayacaq. O bildirib ki, "Bazarstore" satış şəbəkəsi hər bir istehlakçının arzu etdiyini tapa biləcəyi və məmnun qalacağı satış mərkəzi olmağı başlıca məqsədi hesab edir.

Açılış günü minlərlə sakinin axın etdiyi satış mərkəzində təklif olunan bütün məhsulların qiymətləri olduqca əlverişlidir. 3000 m² sahəyə malik satış mərkəzində istehlakçılara yüz faiz təbii olmaqla bal və arıçılıq məhsulları, balıq çeşidləri, meyvə-tərəvəz, bir sözlə, bütün məişət və qida məhsulları (ümumilikdə 30 min çeşiddə məhsul) "Bazarstore" zəmanəti ilə təklif olunur. Yeni satış mərkəzinə axın edən insanlar mərkəzin müasir tələblərə cavab verdiyini qeyd edib və xidmət səviyyəsini yüksək qiymətləndiriblər.

"Bazarstore"un digər satış mərkəzləri "Xətai", "Gənclik" metrostansiyalarının yaxınlığında, Bakıxanov qəsəbəsində və Şüvəlandakı "Şüvəlan Park"da fəaliyyət göstərir. Bütün satış mərkəzlərində məhsullar daim təzədir, satılan ətlər şəriət qaydalarına uyğun kəsilir. Satılan bütün mallar müasir standartlara cavab verən tanınmış şirkətlərin məhsullarıdır. Satış şəbəkələrində gigiyena-sanitariya normalarına nəzarət isə ən yüksək səviyyədə təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti