...

"FINCA Azerbaijan" Nar bayramında iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2012 19:15 (UTC +04:00)
"FINCA Azerbaijan" bank olmayan kredit təşkilatı Göyçayda keçirilmiş VII Nar bayramında iştirak edib.
"FINCA Azerbaijan" Nar bayramında iştirak edib

Azərbaycan, Bakı, 6 noyabr /Trend/

"FINCA Azerbaijan" bank olmayan kredit təşkilatı Göyçayda keçirilmiş VII Nar bayramında iştirak edib.

Tədbirdə Nar bayramının iştirakçılarına Ağdaş filialının kollektivi və filiala bağlı olan Göyçay sub-ofis işçiləri tərəfindən "FINCA Azerbaijan"dan kiçik hədiyyələr paylanılıb, kiçik və orta sahibkarlara, eləcə də digər maraqlanan şəxslərə kredit şərtləri barədə ətraflı məlumat verilib, kreditvermə üzrə əhalini maraqlandıran suallar da cavablandırılıb.

2003-cü ildən fəaliyyət göstərən Ağdaş filialın kredit portfeli 6,9 milyon dollar, müştəri sayı 6200 nəfər təşkil edir. Filial Ağdaş, Qəbələ, Ucar və Göyçay rayonlarında yaşayan və istehsalat, ticarət, xidmət səhalərində və kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara FINCA Ekspress Krediti, Kiçik və Orta Sahibkar Krediti, Kənd Kredit Qrupu, Fərdi Kənd Krediti məhsullarını təqdim edir.

"FINCA Azerbaijan"nın Ağdaş filialının Göyçay sub-ofisi 2006 ildən fəaliyyət göstərir. 8 nəfərdən ibarət olan işçi heyəti ilə Göyçay sub-ofisi 1373 nəfər müştəriyə maliyyə xidmətləri göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti