...

Tovuzda sahibkarlar üçün treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2012 19:05 (UTC +04:00)
Tovuz rayonunda İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı, Tovuz rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün treninq keçirilib.
Tovuzda sahibkarlar üçün treninq keçirilib

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

Tovuz rayonunda İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı, Tovuz rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar üçün treninq keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzusunda keçirilən treninqdə İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və onlardan istifadə qaydaları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar və s. barədə iştirakçılara geniş məlumat verilib.

Tədbirdə iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti