...

Azərbaycanda İslam sığortasının işləməsi üçün müvafiq hüquqi baza lazımdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2012 20:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycanda İslam sığortasının işləməsində maraqlı olan tərəflər mövcud qanunvericilikdə dəyişikliklərin edilməsi təşəbbüsü ilə çıxış etməlidirlər.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov deyib.

"İslam sığortasının işləməsi üçün müvafiq hüquqi baza olmalıdır ki, bu da hazırda yoxdur. İndiki şəraitdə şirkətlər kapitala qarşı tələbləri və İslam sığortasının qaydalarına riayət edə bilməzlər", - Xəlilov vurğulayıb.

Bundan başqa, İslam sığortası İslam maliyyələşdirmə mənbələrinin olmasını nəzərdə tutur.

"Şirkətlər kapitalın formalaşdırılmasında çətinliklərlə üzləşə bilərlər", - Xəlilov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti