...

İsveçrə Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2012 12:59 (UTC +04:00)
İsveçrə Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir.
İsveçrə Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir C.Nəsibova/

İsveçrə Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir. Trend-in məlumatına görə, bu barədə "Təminatlı əqdlər üzrə hüquqi islahatlar: növbəti addimlar" mövzusuna həsr olunmuş konfransın açılışında İsveçrə İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) Cənubi Qafqaz üzrə regional direktorunun müavini Matias Feldman bildirib.

"Biz Azərbaycanla əməkdaşlığı davam etdirmək fikrindəyik, eləcə də ölkənin davamlı inkişafına öz töhfəmizi vermək istəyirik", - Feldman deyib.

Onun sözlərinə görə, əməkdaşlıq çərçivəsində artıq müəyyən nəticələr əldə olunub, lakin onlar daha da çox ola bilər.

"Beynəlxalq təcrübədən göründüyü kimi, kreditlər (borc alanlar) barədə məlumat verən sistemlər ölkələrin iqtisadi inkişafına müsbət təsir göstərir və müəyyən risklər barədə xəbərdarlıq etməyə imkan verir", - Feldman bildirib.

İsveçrə hökuməti bu günədək Azərbaycana təxminən 70 milyon dollar məbləğində qrant ayırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti