...

“Bank of Baku”dan “Bolkart” vasitəsilə mebel alışına endirimlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2012 12:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 dekabr / Trend/

Azərbaycanın ən geniş yayılmış kredit kartı olan Bolkart ilə Yeni il öncəsi "Embawood" şirkətinin endirim kampaniyasından faydalanmaq mümkündür. Trend-in məlumatına görə, bu barədə bankın çərşənbə axşamı yaydığı məlumatda deyilir.

1 dekabr 2012-ci il - 15 yanvar 2013-ci il tarixləri arası "Embawood" mağazalar şəbəkəsindən Bolkartla müxtəlif mebel növlərini 10%-dək endirimlə əldə etmək və malın dəyərini 12 ay ərzində ödəmək olar.

Hər bir Bolkart sahibi bu endirim fürsətindən yalnız "Embawood" mağazalarında bəhrələnə bilər.

Endirim kampaniyanın təfsilatları ilə yaxından tanış olmaq üçün 126 nömrəsi ilə "Embawood" şirkəti, "Bank of Baku"-nun 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlamaq, həmçinin http://www.facebook.com/Bolkart sosial şəbəkəsinə baş çəkmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti