...

Mərkəzi Bank Azərbaycanın işğal edilmiş ərazilərində "Bıstraya poçta" ilə pulköçürmə faktını araşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2012 18:22 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində "Bıstraya poçta" pulköçürmə sistemi ilə əməliyyatların bərpa edilməsi faktını araşdırır.
Mərkəzi Bank Azərbaycanın işğal edilmiş ərazilərində "Bıstraya poçta" ilə pulköçürmə faktını araşdırır

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Mərkəzi Bankı (AMB) Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində "Bıstraya poçta" pulköçürmə sistemi ilə əməliyyatların bərpa edilməsi faktını araşdırır. Bu barədə çərşənbə günü Trend-ə AMB-nin Kommunikasiya Departamentinin direktoru Rüfət Abbasov deyib.

"Bu fakt öz təsdiqini taparsa, AMB "Bıstraya poçta"nın Azərbaycanla əməliyyatlarının dayandırılması ilə bağlı tədbirlər görəcək. Bu məsələ bankın ciddi nəzarəti altındadır", - Abbasov qeyd edib.

"Bıstraya poçta"nın saytında yerləşdirilən məlumata əsasən, Xankəndində xidmətlər göstərmək üçün 8 məntəqə fəaliyyət göstərir. Belə məntəqələr Şuşa, Əsgəran, Hadrut və s. ərazilərdə də mövcuddur.

"Bunadək digər pulköçürmə sistemləri tərəfindən bir neçə belə fakt aşkarlanmışdı və onların işi Azərbaycan ərazisində dayandırılmışdı. Bu faktlar aradan qaldırıldıqdan sonra sistemlərin fəaliyyəti bərpa edilmişdi", - Abbasov vurğulayıb.

Onun sözlərinə görə, AMB öz səlahiyyətləri çərçivəsində gələcəkdə də sağlam maliyyə vasitəçiliyinin təmin edilməsi üzrə ardıcıl tədbirlər keçirməkdə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti