...

"Bazarstore" Türkiyədə yüksək mükafata layiq görülüb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Dekabr 2012 11:41 (UTC +04:00)
Türkiyənin Pərakəndəçilər Federasiyası və "Retail News" jurnalı müasir pərakəndəçiliyin uğurlu nümunəsinə çevrilmiş “Bazarstore” satış şəbəkəsini yüksək mükafata layiq görüb.
"Bazarstore" Türkiyədə yüksək mükafata layiq görülüb (FOTO)

Azərbaycan, Bakı, 11 dekabr /Trend

Türkiyənin Pərakəndəçilər Federasiyası və "Retail News" jurnalı müasir pərakəndəçiliyin uğurlu nümunəsinə çevrilmiş "Bazarstore" satış şəbəkəsini yüksək mükafata layiq görüb. Mükafat "Azərsun Holdinq"in İdarə heyətinin üzvü Tahir Gözələ təqdim olunub.

Türkiyədə keçirilən "Pərakəndə zirvəsi" mükafatının təqdimat mərasimində sektorun ən güclü simaları bir araya gəlib. Tədbirə xüsusi dəvət alan "Azərsun Holdinq" son illərdə pərakəndəçilik sahəsində əldə etdiyi parlaq nailiyyətlərə görə təşkilat komitəsi tərəfindən "Pərakəndə qüruru" mükafatına layiq görülüb. Hədiyyə plaketini Türkiyənin Pərakəndəçilər Federasiyasının başçısı Selamet Aygün "Azərsun Holdinq"in İdarə heyətinin üzvü Tahir Gözələ təqdim edib.

"Bazarstore"un satış mərkəzləri 28 Mall, Xətai, Gənclik, Bakıxanov qəsəbəsində və Şüvəlandakı "Şüvəlan Park"da fəaliyyət göstərməkdədir. Bütün satış mərkəzlərində məhsullar daim təzədir, satılan ətlər İslam qaydalarına uyğun kəsilir. Satılan bütün mallar müasir standartlara cavab verən tanınmış şirkətlərin məhsullarıdır. Satış şəbəkələrində gigiyena-sanitariya normalarına nəzarət isə ən yüksək səviyyədə təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti