...

Gələcək inşaatçılar gobustone blokları ilə tanış oldular

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2012 13:02 (UTC +04:00)
AAC şirkəti 14 dekabrda Azərbaycan Memarlıq və İnşaat Universitetinin üçüncü kurs tələbələri üçün müasir tikinti materialları zavoduna ekskursiya təşkil etdi.
Gələcək inşaatçılar gobustone blokları ilə tanış oldular

AAC şirkəti 14 dekabrda Azərbaycan Memarlıq və İnşaat Universitetinin üçüncü kurs tələbələri üçün müasir tikinti materialları zavoduna ekskursiya təşkil etdi. Ekskursiya zamanı tələbələr "gobustone" məsaməli beton bloklarının xüsusiyyətləri, həmçinin istehsal texnologiyası ilə tanış oldular.

Tələbələr üçün ekskursiyanı istehsal departamentinin müdir müavini Niyaz Abdullayev həyata keçirdi. O şirkət haqqında kiçik məlumat verərək, tələbələrin istehsal prosesi ilə tam tanış olmaq üçün onlara zavod daxilində gəzməyi təklif etdi. Bundan əlavə o, istehsal prosesi və avadanlıqlar haqqında ətraflı məlumat verdi.

Almaniyanın "Wehrhahn" firmasının avadanlıqları ilə istehsal olunan gobustone məsaməli beton blokları digər hörgü materiallarından yüngüllüyü, zəlzələyə davamlığı, uzunömürlülüyü, yüksək istilik və səs izolyasiyası, ekoloji cəhətdən təmizliyi, həmçinin adi əl və ya elektrik alətlərindən istifadə edilən zaman çox asanlıqla emal olunması ilə fərqlənir və tikinti prosesini əhəmiyyətli dərəcədə tezləşdirir.

Hazırda məsaməli betondan hündür və aşağı mərtəbəli binaların, şəxsi evlərin inşa olunmasında, xarici və daxili divarların hörülməsində, arakəsmələrin, örtüklərin və hətta pilləkanların tikilməsində istifadə olunur. Xatırladaq ki, gobustone məsaməli beton bloklarından Port Baku Residence və Tower, 28 Mall ticarət mərkəzi, Azərbaycan Diplomatiya Akademiyası, Milli Gimnastika Arenası, Trump Tower, Azərbaycan Dövlət Neft Fondunun inzibati binası, Qusarda Şahdağ yay - qış turizm mərkəzi, Qubada Rixos oteli və Şabranda Qalaltı istirahət mərkəzi kimi obyektlərin inşasında istifadə olunmuşdur.

Tələbələri müşayiət edən müəllim İlqar Əliyev, ekskursiyanın peşəkar və çox informativ şəkildə təşkil olunduğunu qeyd etdi. O qeyd etdiki, tələbələri ilk dəfədirki, belə müasir bir zavodla tanış oldular və gələcəkdə də belə tədbirlərin davamlı olaraq keçirilməsinin əhəmiyyətini vurğuladı.

Ekskursiyadan sonra AAC mütəxəssisləri ziyarətçilər üçün məsaməli beton bloklardan divar hörgüsünü də nümayiş etdirdilər. Hörgü zamanı tələbələr sual cavab vasitəsilə "gobustone" məsaməli beton blokların xüsusiyyətləri ilə tanış oldular və bu məhsulu ənənəvi tikinti materialları ilə müqayisə etdilər.

AAC mühənsidi Fərhad Qənizadə, bu ekskurisiyanın gələcək inşaatçılara mövcud biliklərin ötürülməsi üçün çox gözəl imkan olduğunu bildirdi. "Onlar bilməlidirlər ki, məsaməli beton bloklar sadəcə müasir tikinti materialı deyil. Bu həm də alman texnologiyası əsasənda istehsal olunan, istehlakçıya yüksək səviyyədə rahatlıq təmin edən ekoloji cəhətdən təmiz məhsuldur".

AAC şirkəti tələbələrə gələcək karyeralarının inkişafında kömək etmək məqsədilə bu günədək öyrəndikləri nəzəri bilikləri real iş şəraitində tətbiq etmək üçün müxtəlif tədbirlər görməkdə davam edir. Bu məqsədlə, bu ilin avqust- sentyabr ayında Azərbaycan Texniki və Azərbaycan İnşaat və Memarlıq Universitetindən tələbələr istehsalda təcrubə keçiblər.

AAC müasir tikinti materialları zavodu Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşir. Zavodun illik istehsal gücü 180 min kubmetr məsaməli beton blokları və 30 min ton əhəng təşkil edir. "AAC" müasir tikinti materialları zavodu "SYNERGY GROUP"- a daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti