Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir A.Axundov/
2012-ci ildə Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 6,79 faiz artaraq 9 milyard manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi BFB-nin yaydığı məlumatda deyilir.
Ölkənin fond bazarının belə artımı dövlət qiymətli kağızlar bazarının 20,48 faiz, korporativ qiymətli kağızlar bazarının isə 46,95 faiz artması hesabına baş verib.
Dövlət qiymətli kağızlar bazarı 8,094 milyard manata çatıb. Buna repo-əməliyyatların 18,58 faiz çoxalması və Mərkəzi Bankın notları ilə əməliyyatların 18,58 faiz artması təsir edib.
2012-ci ildə korporativ qiymətli kağızlar bazarının həcmi 908,11 milyon manat təşkil eddib.
Korporativ qiymətli kağızlar üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (2012-ci ilin yanvar-oktyabr ayları):
Bazarın seqmentləri |
2012 (31.10.12) |
2011 (31.10.11) |
Faiz nisbəti |
||
Əqdlərin həcmi, AZN |
Əqdlərin sayı |
Əqdlərin həcmi AZN |
Əqdlərin sayı |
||
Korporativ istiqrazlar - (yerləşdirmə) |
60 713 670,00 |
81 |
198 871 740,45 |
94 |
30,53% |
Korporativ istiqrazlar - (təkrar bazar) |
343 409 666,86 |
131 |
530 327 302,36 |
119 |
64,75% |
Səhmlər - (yerləşdirmə) |
488 028 562,76 |
548 |
974 388 229,10 |
137 |
50,09% |
Səhmlər - (təkrar bazar) |
15 958 952,50 |
3 413 |
8 353 613,96 |
3 424 |
191,04% |
KQK bazarı cəmi |
908 110 852,12 |
4 173 |
1 711 940 885,87 |
3 774 |
53,05% |
Dövlət sektoru üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (2012-ci ilin yanvar-oktyabr ayları):
Bazarın seqmentləri |
2012 (31.10.12) |
2011 (31.10.11) |
Faiz nisbəti |
||
Əqdlərin həcmi, AZN |
Əqdlərin sayı |
Əqdlərin həcmi, AZN |
Əqdlərin sayı |
||
Dİ (AR MN) - (yerləşdirmə |
141 740 610,04 |
72 |
239 076 694,36 |
133 |
59,29% |
Dİ (AR MN) - (təkrar bazar) |
25 713 253,59 |
23 |
41 570 251,84 |
41 |
61,85% |
Notlar (AR MB) - (yerləşdirmə) |
859 032 852,54 |
227 |
642 520 868,19 |
279 |
133,70% |
Notlar (AR MB) - (təkrar bazar) |
210 732 784,43 |
37 |
12 552 213,77 |
6 |
1678,85% |
Repo əməliyyatları |
6 856 471 656,45 |
948 |
5 781 971 756,98 |
1 309 |
118,58% |
DQK bazarı cəmi |
8 093 691 157,05 |
1 307 |
6 717 691 785,14 |
1 768 |
120,48% |
İxtisarlar:
Dİ - dövlət istiqrazları
AR MN - Azərbaycan Respublikası Maliyyə Nazirliyi
AR MB - Azərbaycan Respublikasının Mərkəzi Bankı
DQK - Dövlət qiymətli kağızları
KQK- Korporativ qiymətli kağızları