...

Bakıda əsaslı təmirdən sonra avtomobil yolu istismara verilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Yanvar 2013 11:07 (UTC +04:00)
Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" SC Bakının Nizami rayonunda Elşən Süleymanov küçəsinin əsaslı təmirini başa çatdırıb.
Bakıda əsaslı təmirdən sonra avtomobil yolu istismara verilib (FOTO)

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir E.İsmayılov /

Azərbaycan Nəqliyyat Nazirliyi "Azəryolservis" SC Bakının Nizami rayonunda Elşən Süleymanov küçəsinin əsaslı təmirini başa çatdırıb. Bu barədə Trend-ə cümə axşamı SC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.

Onun sözlərinə görə, əsaslı təmirin aparılması haqqında qərar kommunikasiya xətlərindəki problemlərə görə yolun pis vəziyyətə düşməsi səbəbdən qəbul edilmişdi.

Mürsəliyev bildirib ki, təmirə qədər yolun uzunluğu 2,6 kilometr, eni isə səkkiz metr idi. Görülən işlərdən sonra əlavə olaraq 200 metr yol salınıb, yolun eni isə 12 metrə çatdırılıb.

Mətbuat xidməti rəhbərinin dediyi kimi, eləcə də əsaslı təmir çərçivəsində yolun nişanlanması aparılıb, nişanlar quraşdırılıb, yolun işıqlandırılması təmin edilib.

Hazırda bu yolda hərəkət tamamilə bərpa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti