...

Azərbaycan İstanbulda "EMİTT 2013" beynəlxalq turizm sərgisində iştirak edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Yanvar 2013 18:26 (UTC +04:00)
24-27 yanvar tarixində Türkiyənin İstanbul şəhərində keçiriləcək "EMİTT 2013" beynəlxalq turizm sərgisində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin iştirakı nəzərdə tutulub.
Azərbaycan İstanbulda "EMİTT 2013" beynəlxalq turizm sərgisində iştirak edəcək

Azərbaycan, Bakı, 22 yanvar /Trend/

24-27 yanvar tarixində Türkiyənin İstanbul şəhərində keçiriləcək "EMİTT 2013" beynəlxalq turizm sərgisində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin iştirakı nəzərdə tutulub.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, nümayəndə heyətinin tərkibinə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri A.İsmiyev, Daxili turizmin inkişafı sektorunun aparıcı məsləhətçisi A.Əliməmmədova, həmin sektorun məsləhətçisi C.Kəlbəliyev və Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının 4 üzvü daxildir.

Həmçinin, sərgidə "SW travel", "ATA travel", "Millennium Tourism and Congress", "The tour", "Gilan tourism", "Sultan travel", "Geo travel", "Regea travel" turizm şirkətləri və "Chinar Hotel and Spa Naftalan", "Jumeirah Bilgah Beach hotel", "Divan Express hotel", "Fairmont Baku", "My way hotel" mehmanxanaları təmsil olunacaqlar.

Sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 70 kv.m sahədə lövhə quraşdırılıb, həmçinin lövhədə "Azərbaycan Hava Yolları" aviaşirkəti üçün xüsusi yer ayrılıb. Sərgiyə gələn ziyarətçi və iştirakçılara paylamaq üçün ingilis və türk dillərində müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları hazırlanıb.

2003-cü ildən başlayaraq Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq on birinci dəfədir ki, "EMİTT" beynəlxalq turizm sərgisində iştirak edir. Ötən il adıçəkilən tədbirdə ölkəmizlə yanaşı, 62 ölkədən 4500-ə yaxın şirkət təmsil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti