...

«Azərbaycan Dəmir Yolları» yeni inzibati binanı istismara verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2013 10:06 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC Sumqayıt şəhərində yeni inzibati binanı istismara verib.
«Azərbaycan Dəmir Yolları» yeni inzibati binanı istismara verib

Azərbaycan, Bakı, 30 yanvar / Trend, müxbir E.İsmayılov /

"Azərbaycan Dəmir Yolları" QSC Sumqayıt şəhərində yeni inzibati binanı istismara verib. Trend-in məlumatına görə, bu barədə QSC-nin çərşənbə günü yaydığı məlumatda deyilir.

"Yeni inzibati binada bütün bəzək işləri başa çatıb. Binada personalın işi üçün komfortlu otaqlar yaradılıb", - məlumatda deyilir.

İnzibati binanın ümumi sahəsi 716,58 kvadrat metr təşkil edir. Bina bir təhsil və bir akt zalından, 22 inzibati otaqdan və digər otaqlardan ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti