...

Turizmdə PR

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2013 10:25 (UTC +04:00)
Dilara Zamanova, “AtaHolding” ASC-nin Kommunikasiya şöbəsinin rəisi
Turizmdə PR

Dilara Zamanova, "AtaHolding" ASC-nin Kommunikasiya şöbəsinin rəisi

Turizm - müasir iqtisadiyyatın insanların tələbatlarının ödənilməsinə və əhalinin yaşayış keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş ən mühüm fəaliyyət sahələrindən biridir. Bu zaman iqtisadiyyatın bir çox sahələrindən fərqli olaraq, turizm təbii resursların tükənməsinə səbəb olmur. Məlum olduğu kimi, ölkəmizdə turizmin inkişafı böyük vüsət almışdır. Turizm sferası hazırda kifayət qədər dinamik inkişaf edir, bu sahədə dövriyyə ildən-ilə artır. Hökumətin turizm üzrə dövlət proqramı qəbul edilmiş və ölkədə Turizm ili elan edilmişdir. Mütəxəssislərin qiymətləndirmələrinə görə, Azərbaycan böyük turizm potensialına malikdir, lakin bu günə həmin potensialdan tam istifadə olunmur. İctimai rəy praktiki olaraq istənilən şirkətin fəaliyyətinə böyük təsir göstərir. Bununla əlaqədar olaraq, PR-fəaliyyət məhz ictimai rəyin düzgün formalaşmasına və ona təsirə yönəlmişdir. Bu da turizm şirkətlərinin məhsuldar fəaliyyətinə və maksimum sayda müştəri cəlb edilməsinə səbəb olur.

Hazırda hər bir konkret turizm firmasının nəinki nüfuzu, həm də ölkə üzrə bütövlükdə turizm haqqında ümumi rəy məhz public relations-dən asılıdır. Peşəkarların verdikləri tərifə görə, turizm sahəsində public relations məqsədi müsbət ictimai rəyin formalaşması, turoperatorlarla müştərilər arasında xeyirxah münasibətlərin qurulması, saxlanması və onların əməkdaşlığı olan regionun turizm şirkətinin idarəetmə aparatının və ya turizm sferasının xüsusi funksiyasını daşıyır.

Bu funksiya hər şeydən əvvəl, KİV vasitəsilə həyata keçirilir ki, onlar həm də bütövlükdə və xüsusilə də hər bir konkret şirkətdə turizmin müsbət imicinin formalaşmasına və saxlanmasına kömək edirlər.

Turizmdə PR-fəaliyyətin metodlarına gəldikdə isə, onları bir neçə növə ayırmaq olar: - informasiya materiallarının buraxılması - genişformatlı çap, informasiya bukletlərinin, turist kartlarının tərtib edilməsi və başqa poliqrafik nəşrlər turistlərə çox sayda eynitipli təkliflər arasında baş çıxarmağa və hansınasa üstünlük verməyə kömək edir, turoperatorlara isə başqa ölkələrdəki tərəfdaşlarla işi asanlaşdırır;
- reklam səfərləri - müştərilər və turizm agentliklərinin əməkdaşları üçün. Birinci halda səfər daimi müştəriyə hədiyyə və ya oyunun nəticəsi ola bilər, onun məqsədi isə həmin müştəridə öz yaxınlarına və dostlarına çatdıra biləcəyi hər hansı ölkə və ya konkret kurort haqqında müsbət təəssürat formalaşdırmaqdır. İkinci halda bu, - turizm şirkətləri əməkdaşlarının ölkə və ya kurortların bütün üstünlükləri ilə "yerində" tanış etmək imkanıdır ki, bu da gələcəkdə onlara belə turları daha fəal surətdə təklif etməyə imkan verəcək;
- KİV-lə iş - televiziya proqramlarında reportajlar, jurnallarda məqalələr, qəzetlərdə informasiya-reklam qeydləri. Məşhur insanların - siyasətçilərin, televiziya və incəsənət xadimlərinin fikirləri xüsusilə təsirlidir, belə ki, insan psixoloji olaraq pərəstiş etdiyi qəhrəmanının zövqünə etibar edir: əgər bu onun xoşuna gəlirsə, mənə də xoş olacaq. PR-kampaniyalara nümunələr çox ola bilər. Bunlar həm kurort regionunun diqqətəlayiq yerləri haqqında sənədli filmlər, həm əyləncəli proqramların çəkilişi üçün gözəl guşələrdən istifadə, həm tematik sərgilərin təşkil ediləsi, həm turizm regionunun ənənə və mədəniyyətinin populyarlaşdırılması və s. ola bilər.

PR-da əsas odur ki, bütövlükdə turizmin inkişafının xeyrinə olacaq ictimai rəy formalaşdırmaq üçün onunla məqsədyönlü məşğul olmaq lazımdır.

Ona görə də turizm firmalarının müştəri cəlb edilməsi üzrə PR-fəaliyyətini nəzərdən keçirək. Bazarda çoxlu sayda iri və xırda turizm firmaları meydana gəlmişdir. Qeyd etmək olar ki, bu firmaların əksəriyyəti birtipli məhsul və standart istiqamətlər yığımını təklif edirlər. Ona görə də, müştəri bu və ya digər firmanı seçməkdə çətinlik çəkir və tədqiqatların göstərdiyi ki, turistlərin yalnız bir qismi ildən-ilə eyni firmaya üstünlük verir. Çoxları isə evinə, işinə yaxın olan və ya sadəcə təsadüfən yanından keçərkən gördüyü şirkəti seçir. Turizm sahəsində PR-fəaliyyətin əsas istiqamətlərini ayırmaq olar.

KİV-lə iş

Bu, həm qəzet və jurnallarda məqalələr, həm radio və televiziyada işdir. Kütlənin idarə edilməsinin bu vasitəsindən istifadə zamanı, əlbəttə, informasiyanın təqdim edilməsi üçün nüfuzlu insanların cəlb edilməsi də az əhəmiyyət daşımır. Məsələn, insanlar səyahətlər haqqında proqramların aparıcılarına "hər şeyi öz gözləri ilə görmüş müstəqil ekspertlər" kimi daha çox etibar edirlər, onlara inanırlar.

İnformasiya materiallarının buraxılışı

Bu gün informasiya "dünyanı idarə edir", turizmdə də həmçinin. Müasir turistlər daha tələbkar olublar, onlar hara getdiklərini, onları kimin qarşılayacağını, bütün bunların neçəyə başa gələcəyini dəqiq bilməlidirlər. Və bunları evdən çıxmayaraq həll etməyi daha üstün tuturlar. Ona görə də, hazırda ayrı-ayrı regionlarda və ya bütövlükdə ölkədə nəinki zəruri informasiyanı əldə etmək üçün informasiya bukletləri, həm də keyfiyyətlə hazırlanmış internet saytları böyük əhəmiyyətə malikdir.

Turizm press-turlarının təşkili məhz "sarafan radiosu" effektinin daha yaxşı işlədiyi sənayedir. Əgər insan bu və ya digər ölkədə yaxşı istirahət etmişsə, onun dostları, daha sonra isə qohumları və s. də həmin ölkəyə səfər edəcəklər. Bu məqsədlə press-tur adlandırılan reklam səfərləri: bunlar müştərilər (lotereyada iştirak üçün hədiyyə kimi) və turizm firmalarının əməkdaşları (yaxşı iş üçün mükafat) üçün təşkil edilir. Hər iki halda stimullaşdırıcı təsir müşahidə olunur.

İxtisaslaşdırılmış beynəlxalq forumların keçirilməsi və onlarda iştirak

Bu metod turizmdə nəinki yeni texnologiyalar haqqında öyrənməyə, həm də eyni zamanda hər hansı yer haqqında müsbət obraz yaratmağa və ya xəritədə belə bir yerin mövcudluğu haqqında bütün dünyaya danışmağa kömək edir.

Ölkədə turistləri cəlb edə biləcək hər hansı böyük tədbirin təşkil edilməsi

Buna parlaq nümunə Eurovision musiqi müsabiqəsinin uğurla keçirilməsi olmuşdur. Bu gün söhbət məhz belə imicin formalaşmasından, bütöv və uzunmüddətli PR-strategiyadan gedir. Bu istiqamətdə artıq ilk addımlar atılmışdır. Belə ki, iştirakçı-ölkələrin turizm potensialını təqdim edən beynəlxalq sərgilərin sayı genişlənir. Azərbaycan təkcə 2013-cü ilin yanvarında eyni zamanda 4 beynəlxalq turizm sərgisində: ABŞ-da, Türkiyədə, İranda və İspaniyada təmsil olunacaq. Bu sərgilərdə ölkənin zəngin turizm potensialı haqqında materiallar bir neçə dildə nümayiş etdiriləcək.

Bütövlükdə, yadda saxlamaq lazımdır ki, yalnız kompleks yanaşma müsbət nəticə verəcək. Vaxtında dəyişən meyillərə reaksiya vermək və onlara müvafiq hərəkət etmək üçün bütün xırdalıqlara diqqət yetirmək və dünya turizmində hadisələrin inkişafını izləmək vacibdir. Burada bir çox mühüm amillər çıxış edir:
- KİV-də təqdim olunan materialların keyfiyyəti və kontenti;
- ölkədə mehmanxana komplekslərində xidmətin və ümumi fəaliyyətin səviyyəsi;
- press-tur üzrə tədbirlərin təşkili səviyyəsi;
- coğrafi zonalar üzrə gəzməli yerlərin siyahısı.

Son illər dünyada qonşu ölkələrə və ya yaxın regionlara səyahət edənlərin sayının artım sürətinin uzaq ölkələrə səyahət edənlərin sayından yüksək olması meyli müşahidə olunur.

İşlənib hazırlanmasının əsas məqsədi turizm sferasında ictimai münasibətlərin kompleks tənzimlənməsi, turizm xidmətlərinin müasir standartlara uyğunluğu, həmçinin Azərbaycan turizm bazarının dünya turizm bazarına inteqrasiyasının təmin edilməsi olan Azərbaycan Respublikasının "Turizm haqqında" Qanununun yeni redaksiyası mühüm rol oynayacaqdır. Turizmin gələcəyini müəyyən edən əsas amillərə rəqabət, informasiya texnologiyaları, aviadaşınmalar, turoperator xidmətləri, həmçinin inkişafın siyasi və sosial-iqtisadi şərtləri və, sözsüz, bu maraqlı və mənfəətli sahədə PR-ın inkişafı kimi ümumi və sahəvi amilləri aid etmək lazımdır.

Deməli, özünün PR-menecerlərinin yaradıcı potensialını inkişaf etdirmək və onları lazımi məcraya yönəltmək zəruridir. Burada həm ali məktəblərdə, həm ixtisasartırma kurslarında, həm də müstəqil alınmış təhsilin mühüm rolu vardır. Yadda saxlamaq lazımdır ki, istənilən PR-fəaliyyət - fasiləsiz tədris və təkmilləşmə, yeni, bayağı olmayan qərarların axtarışı prosesidir. Həmçinin, nəzərə almaq lazımdır ki, turizm sənayesində PR - fəaliyyətin elə xüsusi sferasıdır ki, burada şəraitdən asılı olaraq ,öz növbəsində transformasiya edilə bilən heç də bütün ənənəvi diqqəti cəlbetmə metodları yararlı olmaya bilər.

Bu sahədə PR-fəaliyyətlə məşğul olarkən yadda saxlamaq vacibdir ki, burada ayrı-ayrı metodikalar deyil, PR-ın "ideologiyası" daha effektivdir. Şirkətin uğurla işləməsi üçün onun nüfuzunun qayğısına qalmaq fikri bu qurumun bütün fəaliyyətinin məqsədi olub, əməkdaşlarının canına işləməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti