...

Bakı Fond Birjasının İdarə Heyətinin sədri işdən azad edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Fevral 2013 17:12 (UTC +04:00)
Birjadan Trend-ə verilən məlumata görə, iclasda BFB-nin İdarə Heyətinin sədri Emin Əliyevin başqa işə keçməsi ilə əlaqədar işdən azad edilməsi haqqında ərizəsi müzakirə edilib.
Bakı Fond Birjasının İdarə Heyətinin sədri işdən azad edilib

Azərbaycan, Bakı, 4 fevral /Trend/

Bu gün "Bakı Fond Birjası" QSC-nin (BFB) Müşahidə Şurasının iclası keçirilib.

Birjadan Trend-ə verilən məlumata görə, iclasda BFB-nin İdarə Heyətinin sədri Emin Əliyevin başqa işə keçməsi ilə əlaqədar işdən azad edilməsi haqqında ərizəsi müzakirə edilib.

Müşahidə Şurasının qərarı ilə səhmdarların Ümumi Yıgıncağı çağırılanadək BFB-nin İdarə Heyəti sədrinin səlahiyyətlərinin icra edilməsi Emin Muradova həvalə edilib.

BFB-nin səhmdarlarının Ümumi Yığıncağının 29 mart 2013-cü il tarixində keçirilməsi qərara alınıb.

Muradov Emin Kamran oğlu 1981-ci ildə anadan olub. 1999-2003-cü illərdə Boğaziçi Universitetində Menecment və İqtisadiyyat üzrə bakalavr təhsili, 2003-2005-ci illərdə Mərkəzi Avropa Universitetində, 2005-2007-ci illərdə isə Texas Universitetində İqtisadiyyat üzrə magistr təhsili alıb. 2007-ci ildə bank sistemində əmək fəaliyyətinə başlayıb, 2010-cu ildən etibarən isə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Tədqiqatlar və bazarın inkişafı şöbəsinə rəhbərlik edib. Ailəlidir, bir qızı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti