...

Azərbaycanda ipoteka kreditləşməsi 3 dəfədən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Mart 2013 15:23 (UTC +04:00)
Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 2013-cü ilin fevral ayında 7,42 milyon manat məbləğində kredit verilib.
Azərbaycanda ipoteka kreditləşməsi 3 dəfədən çox artıb

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İ.Xəlilova/

Mərkəzi Bank yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə 2013-cü ilin fevral ayında 7,42 milyon manat məbləğində kredit verilib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi AİF-in saytında dərc edilən statistik hesabatda deyilir.

2013-cü ilin fevral ayında ipoteka kreditinin həcmi yanvar ayında verilmiş kreditdən 3,36 dəfə çoxdur.

AİF-in xətti ilə maliyyələşdirməyə başlanandan - 2006-cı ildən 2012-ci ilə qədər 427,61 milyon manat dəyərində ipoteka krediti ayrılıb.

2013-cü ilin yanvar-fevral ayları ərzində bankların əvvəllər ayırdığı kreditlərin yenidən maliyyələşməsinin ümumi həcmi 7,86 milyon manat təşkil edib.

Ayrılan kreditlərin ümumi həcmindən gənclərə və gənc ailələrin payına 72 faiz düşür (borcalanların 41 faizi 18-29 yaşında, 31 faizi 30-35 yaşındadır). Kreditlərin 28 faizi isə yaşı 36-dan yuxarı olan borcalanların payına düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti