...

Peşəkar iştirakçılar üçün yeni tənzimləmə sisteminin tətbiqinə dair təqdimat keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Mart 2013 19:41 (UTC +04:00)
Bu gün Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) “Qiymətli kağızlar bazarında broker fəaliyyətinin həyata keçirilməsi” və “Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” qaydalarının qüvvəyə minməsi ilə əlaqədar peşəkar iştirakçılar üçün yeni tənzimləmə sisteminin tətbiqinə dair təqdimat keçirilib.
Peşəkar iştirakçılar üçün yeni tənzimləmə sisteminin tətbiqinə dair təqdimat keçirilib

Azərbaycan, Bakı, 6 mart /Trend/

Bu gün Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) "Qiymətli kağızlar bazarında broker fəaliyyətinin həyata keçirilməsi" və "Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması" qaydalarının qüvvəyə minməsi ilə əlaqədar peşəkar iştirakçılar üçün yeni tənzimləmə sisteminin tətbiqinə dair təqdimat keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, təqdimatda yeni qaydalarla yaradılmış hüquqi tənzimləyici çərçivə, müəyyən edilmiş hesabatların növləri, onların tərtib olunması, QKDK-ya elektron və sənəd formasında təqdim edilməsi, habelə illik hesabatların açıqlanması qaydaları haqqında geniş məlumat verilib.

Daha sonra qiymətli kağızlar bazarının peşəkar iştirakçıları ilə mövzu ətrafında fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti