...

İstehlak bazarında 300 kq-a yaxın yararsız ərzaq məhsulları aşkar edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Mart 2013 18:31 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı yararsız ərzaq məhsulları aşkar edilib.
İstehlak bazarında 300 kq-a yaxın yararsız ərzaq məhsulları aşkar edilib

Azərbaycan, Bakı, 14 mart /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı yararsız ərzaq məhsulları aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakının Nəsimi, Binəqədi rayonlarında, Xırdalan, Gəncə, Ucar, Ağdaş şəhərlərində, eləcə də Şəmkir və Tərtər rayonlarında aparılan yoxlamalar zamanı ümumilikdə 290 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ-texniki sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti və İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti