...

"Bazarstore" mağazalar şəbəkəsi Həmkarlar İttifaqları Konfederasiyasının fəxri diplomu ilə təltif edilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2013 16:15 (UTC +04:00)
Müasir pərakəndəçiliyin uğurlu nümunəsi olan “Bazarstore” mağazalar şəbəkəsi qiymətlərin münasibliyi, məhsul çeşidinin bolluğu ilə öndə olması ilə yanaşı, ən yaxşı iş şəraitinin yaradıldığı müəssisə elan edilib.
"Bazarstore" mağazalar şəbəkəsi Həmkarlar İttifaqları Konfederasiyasının fəxri diplomu ilə təltif edilib (FOTO)

Azərbaycan, Bakı, 29 aprel /Trend/

Müasir pərakəndəçiliyin uğurlu nümunəsi olan "Bazarstore" mağazalar şəbəkəsi qiymətlərin münasibliyi, məhsul çeşidinin bolluğu ilə öndə olması ilə yanaşı, ən yaxşı iş şəraitinin yaradıldığı müəssisə elan edilib.

Həmkarlar İttifaqları Konfederasiyasınıda Beynəlxalq Əmək Təşkilatının təşəbbüsü ilə 28 aprel - Dünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş tədbirdə Respublika müsabiqəsinin 45 mükafatçısı arasında supermarketlərdən yalnız "Bazarstore" seçilib. Bu münasibətlə "Bazarstore" mağazalar şəbəkəsi Həmkarlar İttifaqları Konfederasiyasının fəxri dipomuna layiq görülüb.

"Bazarstore" işçilərin hüquqlarını maksimum şəkildə qoruyaraq, onların həvəslə çalışması, istirahəti, qidalanması, karyeralarını inkişaf etdirməsi, təhlükəsiz və müasir standartlara cavab verən iş yerlərində çalışması üçün hər cür şərait yaradıb. "Yalnız öz iş şəraitindən məmnun olan işçi istehlakçını məmnun edə bilər" devizi ilə yola çıxan "Bazarstore" günü-gündən inkişaf edərək həm mağazalarının, həm də əməkdaşlarının sırasını genişləndirir. Belə ki, artıq Bakıda 6, Sumqayıtda 1 mağaza ilə təmsil olunan "Bazarstore" bu günlərdə Badamdar qəsəbəsində daha bir filialını istehlakçıların ixtiyarına verəcək.

Satış şəbəkələrində gigiyena-sanitariya normalarına nəzarətin yüksək səviyyədə təşkil olunduğu "Bazarstore" mağazalarında məhsullar daim təzədir, satılan ətlər islami qaydalara uyğun kəsilir. Mağazalarda 30 mindən çox məhsul çeşidi var ki, bunların da hamısı müasir standartlara cavab verən tanınmış şirkətlərin məhsullarıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti