...

Azərbaycanda hazır sənaye məhsulu ehtiyatlarının 6 faizi tikinti materiallarının payına düşür

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2013 20:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir A.Axundov/

2013-cü ilin yanvar-aprel aylarında Azərbaycanda tikinti materiallarının istehsalı ilə məşğul olan şirkətlər 105,1 milyon manat dəyərində məhsul istehsal ediblər ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 25,5 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Dövlət Statistika Komitəsinin hesabatında deyilir.

Məlumata görə, bu ilin yanvar-aprel aylarında şirkətlər tərəfindən 565,2 min ton sement (il ərzində 6,3 faiz artım), 62,2 min ton tikinti gipsi (2,4 dəfə artım), 395,5 min ton hazır beton qarışığı (8,3 faiz artım) istehsal edilib.

2013-cü ilin may ayının 1-nə müəssisələrin anbarlarında 16,7 milyon manat dəyərində hazır tikinti məhsulu ehtiyatları yaradılıb ki, bu da ölkənin anbarlarında olan bütün hazır məhsulların 5,9 faizini təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti