Azərbaycan, Bakı, 19 may /Trend/
"Rosneft"in dövlət səhm paketi 51%-ə qədər azaldıla bilər. Bu barədə Rusiyanın baş naziri Dmitri Medvedev bazar günü bildirib.
"Məsələ ondadır ki, "Rosneft"in hansı hissəsi bizə lazımdır. 51%-ə qədər enmək olar", - hökumət başçısı bildirib.
Onun sözlərinə görə, bu "təhlükəsiz strateji mövqeləri itirməmək şərtilə" "Rosneft"in özəlləşdirməsini keçirmək olan həddir. Bununla yanaşı Medvedev keçiriləcək özəlləşdirmə müddətini dəqiqləşdirməyib.