Azərbaycan, Bakı, 21 may /Trend, müxbir E.Əliyev/
Azərbaycan biznesmenləri Gürcüstanın paytaxtı Tbilisinin mərkəzində 11 mərtəbəli yaşayış binasının tikintisində iştiraka dəvət edilir. Bu barədə Trend Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AZPROMO) istinadən məlumat verir.
Layihə birinci mərtəbəsində kommersiya məqsədli sahə olmaq şərti ilə 11 mərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutur. Bununla bağlı Gürcüstan tərəfi azərbaycanlı iş adamlarına əməkdaşlıq təklif edir.
Ətraflı məlumatı AZPROMO-nun Gürcüstan nümayəndəliyindən almaq olar.