...

Bakıda İpək yolu və Avropa ölkələri arasında investisiya mühitinin inkişafı məsələləri müzakirə edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2013 17:00 (UTC +04:00)
1995-ci ildən etibarən Azərbaycan iqtisadiyyatına 144,4 milyard dollar investisiya yatırılıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda keçirilən "İpək yolu və Avropa ölkələri arasında investisiya mühitinin inkişafı" illik beynəlxalq konfransının açılış mərasimində İqtisadi İnkişaf Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdir müavini Natiq Həsənov bildirib.
Bakıda İpək yolu və Avropa ölkələri arasında investisiya mühitinin inkişafı məsələləri müzakirə edilir

Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir E.Əliyev/

1995-ci ildən etibarən Azərbaycan iqtisadiyyatına 144,4 milyard dollar investisiya yatırılıb. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakıda keçirilən "İpək yolu və Avropa ölkələri arasında investisiya mühitinin inkişafı" illik beynəlxalq konfransının açılış mərasimində İqtisadi İnkişaf Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdir müavini Natiq Həsənov bildirib.

Həsənov qeyd edib ki, investisiyaların cəlb edilməsi Azərbaycan hökumətinin diqqət mərkəzindədir: "Azərbaycan Respublikasının gənc dövlət olmasına baxmayaraq, ölkə müstəqillik illərində böyük iqtisadi inkişaf yolu keçib".

Onun sözlərinə görə, Azərbaycanda son illər aparılan islahatlar investisiya mühitinin yaxşılaşdırılmasına və bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsinə yönəlib.

Həsənov bildirib ki, investisiyaların əhəmiyyətli hissəsi (37 faiz) neft sektoruna cəlb olunub: "Azərbaycan Xəzər dənizini xarici şirkətlər üçün açıq elan edən ilk ölkə oldu. Ölkədə dünyanın aparıcı şirkətləri ilə birgə Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və b. böyük layihələr həyata keçirilir".

Onun sözlərinə görə, onlardan 73,2 milyard dollar (51 faiz) xarici investisiyalar təşkil edir.

Həsənov əlavə edib ki, iqtisadiyyatın neft sektorundan qeyri-neft sektoruna yönəldilməsi ölkə inkişafının növbəti mərhələsidir: "Son illərdə qeyri-neft sektoruna yatırılan investisiyaların həcmi artır. Bütün yuxarıda sadalananlar davamlı və sabit iqtisadi inkişaf üçün bünövrə yaratdı. Son 10 il ərzində ÜDM 3,5 dəfə, sənaye istehsalının həcmi isə 2,8 dəfə artıb. Azərbaycan inkişaf templərinə görə MDB dövlətlərini qabaqlayır və ölkə Cənubi Qafqazda aparıcı iqtisadi mərkəzə çevrilib. Bundan əlavə, Azərbaycan Türkiyə, Gürcüstan və Rumıniya daxil olmaqla xarici ölkələrə investisiya yatırmağa başlayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti