...

Azərbaycan Qazaxıstanın qərb vilayətlərində logistik mərkəzlər yarada bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2013 20:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 iyun /Trend, müxbir A.Axundov/

Azərbaycan Qazaxıstanın qərb vilayətləri ərazisində logistik mərkəzlər yarada bilər.

Bu məsələ çərşənbə günü Aktauda iqtisadi inkişaf naziri Şahin Mustafayev ilə Qazaxıstanın iqtisadiyyat və büdcə planlaşdırılması naziri Erbolat Dosayev arasında keçirilən görüşdə müzakirə edilib.

Tərəflər iqtisadiyat sahəsində əməkdaşlığın genişləndirilməsi, xüsusilə, Azərbaycan və Qazaxıstanın qərb rayonları arasında iqtisadi əlaqələrin genişləndirilməsi, iki ölkə sahibkarları arasında işgüzar münasibətlərin təşviqi məsələlərini müzakirə ediblər. Bu barədə çərşənbə günü Trend-ə İqtisadi İnkişaf Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev deyib.

Qarşılıqlı əməkdaşlıq məsələləri, həmçinin Azərbaycan nümayəndə heyətinin Mangistau vilayətinin akimi Alik Aydarbayevlə ilə görüşü zamanı müzakirə edilib.

Çərşənbə günü Aktauda Azərbaycan-Qazaxıstan biznes forumu da baş tutub. Forumda iki ölkənin sənaye, qida, kənd təsərrüfatı, tikinti, turizm və s. sahələrini təmsil edən sahibkarlar iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti