...

Nazir: Son 10 ildə Türkiyənin gəlirləri 787 milyard dollara yüksəlib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2013 11:48 (UTC +04:00)
Son 10 ildə Türkiyənin gəlirləri 787 milyard dollara yüksəlib. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi xəbərdə deyilir ki, bunu Türkiyənin maliyyə naziri Mehmet Şimşək bildirib.
Nazir: Son 10 ildə Türkiyənin gəlirləri 787 milyard dollara yüksəlib

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Son 10 ildə Türkiyənin gəlirləri 787 milyard dollara yüksəlib. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi xəbərdə deyilir ki, bunu Türkiyənin maliyyə naziri Mehmet Şimşək bildirib.

Türkiyənin 2002-ci ildə topladığı hər 100 lirəlik verginin 86 lirasını dövlətin borc faizinə ödədiyini dilə gətirən Şimşək deyib ki, ötən il hər 100 lirənin 84 lirəsi xidmətə gedib.

Ötən may ayında düşmüş faizin Türkiyə tarixində ilk olduğunu vurğulayan nazir əlavə edib ki, dövlərin BVF-yə olan borcu da sıfırlanıb.

"Dövlətin xarici borcu 2012-ci ilin sonuna 110 milyard dollar olub. Dövlətin valyuta və qızıl ehtiyatı 129 milyard dollardır. Bu isə dövlətin dünyaya borcunun olmadığını nümayiş etdirir" - deyə nazir söyləyib.

Xəbər lenti

Xəbər lenti