...

"PAŞA Həyat"ın nizamnamə kapitalının həcmi 25 milyon manatı ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 İyun 2013 16:18 (UTC +04:00)
"PAŞA Həyat Sığorta" ASC nizamnamə kapitalının artırılması ilə bağlı elan etdiyi səhm emissiyanın yerləşdirilməsi prosesini tam başa çatdırıb.
"PAŞA Həyat"ın nizamnamə kapitalının həcmi 25 milyon manatı ötüb

Azərbaycan, Bakı, 25 iyun /Trend/

"PAŞA Həyat Sığorta" ASC nizamnamə kapitalının artırılması ilə bağlı elan etdiyi səhm emissiyanın yerləşdirilməsi prosesini tam başa çatdırıb.

Şirkətin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 3600 manat, sayı 7000 ədəd, emissiyanın ümumi həcmi isə 25,2 milyon manat təşkil edib.

Nizamnamə kapitalının artımı səhmlərin nominal dəyərinin artırılması yolu ilə həyata keçirilib.

Bununla da "PAŞA Həyat"ın nizamnamə kapitalı 67,4% artaraq 25,2 milyon manata çatıb. Hazırda şirkət sığortaçılar sırasında nizamnamə kapitalının həcminə görə ilk üçlüyə daxildir.

Qeyd edək ki, "PAŞA Holdinq" Şirkətlər Qrupuna daxil olan "PAŞA Həyat Sığorta" ASC 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Bu ilin yanvar-may aylarında şirkət 14,9 milyon manat sığorta haqqı toplamaqla sığorta şirkətləri sırasında ilk beşlikdə qərarlaşıb. Bu ilin ilk beş ayında şirkətin risklər üzrə ödənişləri 380 min manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti