...

"Unibank" ödəniş terminallarından istifadəni asanlaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Avqust 2013 16:00 (UTC +04:00)
"Unibank" öz müştəriləri üçün xidmət imkanlarını artırmaqda davam edir.
"Unibank" ödəniş terminallarından istifadəni asanlaşdırıb

Azərbaycan, Bakı, 13 avqust /Trend/

"Unibank" öz müştəriləri üçün xidmət imkanlarını artırmaqda davam edir. Artıq yeni proqram təminatı ilə təchiz olunan "Unibank" cash-in-ləri, müştərilərin istifadəsi üçün daha rahat və geniş xidmət imkanlı oldu. Bu barədə çərşənbə axşamı Trend-ə bankdan məlumat verilib.

Cash-in-lərdə tətbiq olunan proqram təminatının yeni versiyası əlavə xidmət imkanları yaratmaqla yanaşı, mövcud xidmətləri daha da sadələşdirib. Depozit, kredit,plastik kart, cari hesab və digər bank xidmətləri "Bank xidmətləri" bölümündə ümumiləşdirələrərək, müştərilər üçün daha asan edilib. "Şəxsi kabinet"ə daxil olan müştəri, "Unibank"dakı depozit hesabları, kredit ödənişləri haqda bütün məlumatları öyrənə bilr. Müştəri "Yığım" depozit hesabına vəsait qoymaqla yanaşı, artıq cari hesabına və kart hesabına da vəsait yatırmaq imkanı qazanır, kredit-depozit tarixcəsi haqda bütün məlumatları öyrənə biləcək. Cash-in-lərdən "Unibank"a kredit sifarişi də mümkündür. Proqram teminatinin yeni versiyası müştəriyə "Uniforex" hesabına pul köçürməyi mümkün edib.

Hal-hazırda "Unibank"ın paytaxda və bölgələrdə quraşdırılan 70-ə yaxın Cash-in aparatı fəaliyyət göstərir. Filialların daxili ilə yanaşı, bir çox filiallarda bayırda da cash-in aparatları qoyulub ki, bu aparatların xidmətindən günün 24 saatı ərzində istifadə etmək mümkündür.

"Unibank" öz müştəriləri üçün kredit ödənişi zamanı çox geniş imkanlar yaradıb. Bankın 30-dan artıq filialı həftənin 6 günü səhər saat 9.00-dan 18.00-dək müştərilərinin üzünə açıqdır. Filiallar nahar fasiləsiz işləyir. "Unibank" müştəriləri kreditlərini bank filiallarına gəlmədən ödəyə bilirlər. Bank öz müştərilərinə kredit ödənişlərini onlayn, mobil əlavələrin və eləcə də bankomatlar və cash-in aparatlarının köməyi ilə həyata keçirmək imkanı yaradıb.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.
Unibank - hər kəsin bankı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti