...

"Azercell Telekom" MMC Sim-Sim abunəçiləri üçün yeni tarif elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2013 12:04 (UTC +04:00)
Bölgə tarifini seçən abunəçilər rayonlarda 1 dəqiqəsi 5 qəpik, Bakı və Abşeronda isə 1 dəqiqəsi 10 qəpik tarifi ilə danışacaqlar.
"Azercell Telekom" MMC Sim-Sim abunəçiləri üçün yeni tarif elan edib

Azərbaycan, Bakı, 19 sentyabr /Trend /

"Azercell Telekom" MMC sentyabrın 17-dən etibarən bölgələrdə olan Sim-Sim abunəçiləri üçün yeni tarif istifadəyə verdi. Bu barədə Trend-. şirkətdən daxil olan məlumatda deyilir.

Bölgələrdə olan abunəçilər istiqamətindən asılı olmayaraq yeni tariflə daha güzəştli qiymətlərlə danışa biləcək. Bu tarif Azercell-in 2012-ci ilin martında başladığı və cari ildə yay regional kampaniyaları ilə davam etdirdiyi şirkətin regionlarda mobil rabitənin inkişaf strategiyasını davam etdirir.

Bölgə tarifini seçən abunəçilər rayonlarda 1 dəqiqəsi 5 qəpik, Bakı və Abşeronda isə 1 dəqiqəsi 10 qəpik tarifi ilə danışacaqlar. Beləliklə, abunəçilər şəbəkədaxili zənglərdə 30-50%, şəbəkəxarici zənglərdə isə 50-65% endirim əldə edəcəklər. Həmçinin, bölgələrdə bu tarif çərçivəsində edilən şəbəkədaxili zənglər 3-cü dəqiqədən sonra pulsuz olacaq, yəni abunəçi 40 dəqiqə üçün cəmi 15 qəpik ödəyəcək.

Yeni Bölgə tarifinə qoşulmaq üçün fakturasız xətt abunəçiləri 7575 qısa nömrəsinə BOLGE sözünü göndərməlidir. Yeni tariflə danışıq zamanı hesablama intervalı 10 saniyədir.

Tarif haqqında daha ətraflı məlumat almaq üçün Azercell-in rəsmi www.azercell.com saytına müraciət etmək olar.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

"Azercell Telekom" MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti