...

Azərbaycan Beynəlxalq Bankı islam maliyyə institutlarından yeni investisiyaların cəlb edilməsinə hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2013 17:32 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankı (ABB) islam maliyyə institutlarından ölkəyə investisiyaların cəlb edilməsi üzrə layihə hazırlayır.
Azərbaycan Beynəlxalq Bankı islam maliyyə institutlarından yeni investisiyaların cəlb edilməsinə hazırlaşır

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir E.Əliyev/

Azərbaycan Beynəlxalq Bankı (ABB) islam maliyyə institutlarından ölkəyə investisiyaların cəlb edilməsi üzrə layihə hazırlayır. Bu barədə çərşənbə günü Trend-ə ABB-nin İslam bankçılığı departamentinin rəhbəri Bəhnam Qurbanzadə deyib.

Onun sözlərinə görə, hazırda bu sahədə müxtəlif layihələr hazırlanır, müzakirə edilir və xarici tərəfdaşlarla əlaqələr qurulur. Layihələrdən bəziləri artıq öyrənilməsi üçün xarici investorlara təqdim edilib.

Bu sahədə əldə edilmiş nəticələrə gəlincə, B.Qurbanzadə ötən il Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə "Murabaha" məhsulu üzrə imzalanmış 20 milyon dollarlıq sazişi, həmçinin BƏƏ-nin bir neçə bankı ilə 100 milyon dollar dəyərində sindikatlaşdırılmış "Murabaha"nın cəlb edilməsi üzrə iri sövdələşməni xüsusilə qeyd edib.

Departament rəhbəri bildirib: "ABB-nin islam bankçılığı sahəsində fəaliyyəti investisiyaların cəlb edilməsi ilə məhdudlaşmır. İstiqamətlər arasında daxili və xarici bazarlara çıxmaq, həmin bazarlarda fəaliyyətin aktivləşdirilməsi, beynəlxalq iqtisadi platformalarda fəal iştirak, həmçinin ikiqat vergitutmanı aradan qaldırmaq üçün islam bankçılığının normalarını nəzərə almaqla qanunvericilik bazasının təkmilləşdirilməsi üzərində iş var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti