Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir E.İsmayılov/
Bakı Metropoliteni "Elmlər Akademiyası" stansiyasının ikinci çıxışını 2015-ci ilin əvvəlində istismara verməyi planlaşdırır. Bu barədə çərşənbə günü Trend-ə metropolitendən bildiriblər.
Qurumdan deyiblər ki, metronun dərin özüllü stansiyalarında II çıxışların tikintisi məsələsinə böyük diqqət ayrılır:
"Xüsusilə digərlərindən fərqli tikinti metodunun tətbiq edildiyi ("Elmlər Akademiyası" stansiyasının II çıxışı) sahədə işlər intensiv tepmlə aparılır".
Layihə çərçivəsində əlavə 4 çıxış tikiləcək, onlardan ikisi Bakı Dövlət Universitetinə, qalan ikisi isə avtomobil yollarına çıxacaq.