...

Azərbaycan sahibkarları Cənubi Koreyada kənd təsərrüfatı sərgisində iştiraka dəvət edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2013 19:40 (UTC +04:00)
2013-cü il dekabrın 5-8-də Cənubi Koreyanın Seul şəhərində "Qabaqcıl Kənd Təsərrüfatı Texnologiyası" sərgisi təşkil olunacaq.
Azərbaycan sahibkarları Cənubi Koreyada kənd təsərrüfatı sərgisində iştiraka dəvət edilir

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir E.Əliyev/

2013-cü il dekabrın 5-8-də Cənubi Koreyanın Seul şəhərində "Qabaqcıl Kənd Təsərrüfatı Texnologiyası" sərgisi təşkil olunacaq.

Trend-in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AzPromo) istinadən verdiyi məlumata görə, adıçəkilən sərgi çərçivəsində əsasən kənd təssərüfatı məhsulları, o cümlədən yeni kənd təssüfatı məhsullarının yetişdirilməsi üçün yeni növ texnologiyalar və s. sahələr üzrə ixtisaslaşan yerli və xarici şirkətlərinin məhsullarının nümayişi nəzərdə tutulub.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti