...

Azərbaycanın valyuta ehtiyatları idxala olan beşillik tələbatı təmin etməyə imkan verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2013 18:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir E.Əliyev/

Makroiqtisadi sabitliyin qeyri-neft sektorunun inkişafı ilə bərabər dəstəklənməsi Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən hazırlanan proqnozların prioritet istiqamətləridir.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova bazar ertəsi Milli Məclisin beş komitəsinin (İqtisadi siyasət, Sosial siyasət, Aqrar siyasət, Təhlükəsizlik və müdafiə, Təbii ehtiyatlar, energetika və ekologiya komitələri) geniş tərkibli iclasında 2014-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

S.Həsənova deyib: "Milli iqtisadiyyatın makroiqtisadi göstəriciləri sabit şəkildə yaxşılaşır. O cümlədən, bizim proqnozlarımıza görə, ölkənin strateji valyuta ehtiyatlarının bugünkü həcmi beş il ərzində ixracın tam yoxluğu zamanı iqtisadiyyatın idxala olan tələbatını tamamilə təmin etməyə imkan verir".

Qeyd edək ki, hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 50 milyard dollara yaxınlaşaraq ÜDM-in 70 faizini təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti