...

Azərbaycan sahibkarları BƏƏ-də beynəlxalq sərgidə iştiraka dəvət olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2013 16:14 (UTC +04:00)
21-23 aprel 2014-cü il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu Dabi şəhərində "Made In Asia" (MIA 2014) sərgisi təşkil olunacaq.
Azərbaycan sahibkarları BƏƏ-də beynəlxalq sərgidə iştiraka dəvət olunur

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir E.Əliyev/

21-23 aprel 2014-cü il tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu Dabi şəhərində "Made In Asia" (MIA 2014) sərgisi təşkil olunacaq. Bu barədə Trend Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fonduna (AzPromo) istinadən məlumat verir.

Sərginin məqsədi Asiya regionunda geosiyasi və iqtisadi dirçəliş proseslərini nəzərə alaraq, region ölkələrinin ticarət, investisiya və biznes dairələri arasında işgüzar əlaqələrin genişləndirilməsindən ibarətdir.

Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur.

Sərgi haqqında daha ətraflı məlumat üçün: http://miaexhibition.com/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti