...

Belarus Baş nazirinin birinci müavini Gəncə Avtomobil zavodunda istehsal edilən texnika ilə tanış olub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2013 13:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Belarus Baş nazirinin birinci müavini Vladimir Semaşko Gəncə Avtomobil zavodunun (GAZ) servis idarəsinə baş çəkib.

GAZ-dan çərşənbə günü Trend-ə verilən məlumata görə, V.Semaşko müəssisədə istehsal edilən avtomobillərlə tanış olub.

"Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev qonağa Azərbaycanda yığılan avtobus və yük avtomobillərini nümayiş etdirib.

Məlumata görə, Belarus Baş nazirinin birinci müavini GAZ-ın gördüyü işi yüksək qiymətləndirib və məhsuldar əməkdaşlığın genişləndirilməsində əmin olduğunu ifadə edib.

Görüşdə, Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç də iştirak edib.

Qeyd edək ki, GAZ Azərbaycanda ildə min yük maşını və 2 minədək traktor yığmaq gücündədir. Hazırda zavodda "Belarus" traktorları və "MAZ" avtomobilləri yığılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti