...

Azərbaycanda "duty free"nin yaradılması və işinin tənzimlənməsi qaydaları müəyyən edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2013 20:45 (UTC +04:00)
Nazirlər Kabineti gömrüksüz ticarət mağazalarının ("duty free") yaradılması və fəaliyyətinin tənzimlənməsi qaydalarını təsdiq edib.
Azərbaycanda "duty free"nin yaradılması və işinin tənzimlənməsi qaydaları müəyyən edilib

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir A.Axundov/

Nazirlər Kabineti gömrüksüz ticarət mağazalarının ("duty free") yaradılması və fəaliyyətinin tənzimlənməsi qaydalarını təsdiq edib.

Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Nazirlər Kabinetinin rəsmi mətbuatda dərc edilən qərarında deyilir.

Qaydalara əsasən, belə mağazaların yaradılmasına icazəni Dövlət Gömrük Komitəsi verir. İcazə almaq üçün müraciət 30 gün ərzində nəzərdən keçirilir. Sənədlərdə əksikliklər aşkar edildiyi təqdirdə, müddət daha 15 gün uzadılır. İcazə 5 il müddətinə verilir.

Qaydalar, həmçinin mağazaların işinə qarşı tələbləri müəyyənləşdirir. Gömrüksüz mağazalar ticarəti beynəlxalq aeroportlarda, beynəlxalq dəniz limanlarında, sərhəd-keçid məntəqələrindəki gömrük nəzarət zonalarında yaradıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti