...

Azərbaycan və Belarus arasında iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2013 17:30 (UTC +04:00)
Bu gün Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Belarus Prezidenti Aleksandr Lukaşenkonun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində ölkəmizdə səfərdə olan Belarusun sənaye naziri Dmitri Kateriniçlə görüşüb.
Azərbaycan və Belarus arasında iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan, Bakı, 21 noyabr /Trend/

Bu gün Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Belarus Prezidenti Aleksandr Lukaşenkonun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində ölkəmizdə səfərdə olan Belarusun sənaye naziri Dmitri Kateriniçlə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini qeyd edib, əlaqələrimizin genişləndirilməsində qarşılıqlı rəsmi səfərlərin, keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb.

Azərbaycan və Belarus arasında müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdıran D.Kateriniç Azərbaycanın dinamik iqtisadi inkişafından məmnunluğunu bildirib, ölkəsinin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini, qarşılıqlı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğulayıb.

Görüşdə Azərbaycan və Belarus arasındakı iqtisadi əlaqələrin mövcud vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri, Gəncə Avtomobil Zavodu ilə Belarusun Minsk Traktor Zavodu və Avtomobil Zavodu arasında əlaqələrin uğurla davam etdiyi və bu əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə Sumqayıt Texnologiyalar Parkı ilə Belarusun adıçəkilən zavodları arasında kooperasiya əlaqələrinin qurulması və inkişaf etdirilməsi müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti