...

Azərbaycanda vergi bəyannamələrinin 95 faizi elektron formada təqdim edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Dekabr 2013 17:18 (UTC +04:00)
Elektron xidmətlərin üstünlükləri, ondan istifadə barədə aparılan təbliğat və izahat işləri nəticəsində qısa müddət ərzində Vergilər Nazirliyi ilə elektron sənəd mübadilisinə qoşulmuş vergi ödəyicilərinin sayı artaraq hazırda aktiv vergi ödəyicilərinin 80 faizindən çoxunu təşkil edir.
Azərbaycanda vergi bəyannamələrinin 95 faizi elektron formada təqdim edilir

Azərbaycan, Bakı, 5 dekabr /Trend, müxbir E.Əliyev/

Elektron xidmətlərin üstünlükləri, ondan istifadə barədə aparılan təbliğat və izahat işləri nəticəsində qısa müddət ərzində Vergilər Nazirliyi ilə elektron sənəd mübadilisinə qoşulmuş vergi ödəyicilərinin sayı artaraq hazırda aktiv vergi ödəyicilərinin 80 faizindən çoxunu təşkil edir.

Trend-in məlumatına görə, bunu Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin Vergidən yayınma risklərinə nəzarət idarəsinin rəisi Nəsib İsgəndərovun "Vergilər" qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, əgər 2003-2004-cü illərdə bəyannamələrin vaxtında təqdim edilməsi səviyyəsi 70-75 faiz təşkil edirdisə, 2013-cü ildə bu rəqəm 95 faizə çatıb və təqdim edilən bəyannamələrin 90 faizindən çoxu elektron formada internetlə göndərilib:

"Vergi hesabatlarının elektron sənəd formasında göndərilməsinə başlanıldığı 2007-ci ildə 999 015 bəyannamə təqdim edilib ki, bunun da 24 891-i internet vasitəsilə təqdim edilib. 2013-cü ilin yanvar-oktyabr ayları ərzində isə 1,26 milyon bəyannamə təqdim edilib ki, bunun da 90,4 faizi və ya 1,13 milyonu internet vasitəsilə təqdim edilib. Qeyd olunan fakt vergi bəyannamələrinin elektron sənəd formasında təqdim edilməsinin ödəyicilər üçün əlverişli olmasından irəli gəlir. Çünki bəyannamə və hesabatların internet vasitəsilə təqdim edilməsi vergi ödəyicilərinin poçta göndərmək zərurətini aradan qaldırır ki, bu da onların vaxta qənaət etmələrinə və rahatlıqlarının təmin olunmasına şərait yaradır".

İdarə rəisinin sözlərinə görə, 2013-cü ilin yanvar-oktyabr ayları ərzində kameral vergi yoxlamaları ilə əlavə hesablanmış vəsait ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz artıb: "2013-cü ilin yanvar-oktyabr ayları ərzində aparılmış kameral vergi yoxlamaları nəticəsində dövlət büdcəsinə ödənilmiş vəsait ötən ilin müvafiq dövrü ilə müqayisədə 36,6 faiz çox olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti