...

DAİR Hotellər və Restoranlar Assosiasiyası Yeni il ərəfəsində qala informativ və əyləncəvi tədbir keçirib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2013 11:46 (UTC +04:00)
DAİR Hotellər və Restoranlar Assosiasiyası Yeni il ərəfəsində qala informativ və əyləncəvi tədbir keçirmişdir.
DAİR Hotellər və Restoranlar Assosiasiyası Yeni il ərəfəsində qala informativ və əyləncəvi tədbir keçirib (FOTO)

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

DAİR Hotellər və Restoranlar Assosiasiyası Yeni il ərəfəsində qala informativ və əyləncəvi tədbir keçirmişdir. 25 dekabr tarixində "İveria" gürcü mətbəxi restoranında Assosiasiyanın üzvləri və onların partnyorları maraqlı axşam proqramında görüşmüşdürlər.

Axşamın əvvəlində qonaqlara Kristal Plus şirkətinin məhsulları əsasında hazırlanmış və Azərbaycan Barmenlər Assosiasiyası tərəfindən təqdim edilən bir sıra kokteyllər və mikslər və eləcədə Savalan markasının şərabları aperitiv olaraq təklif edilmişdirlər.

Sonra tanınmış "Pendirshop" pendir dükanınn mütəxəssisləri qonaqların qarşısında bir neçə növ pendir və şərablardan hazırlanan isveçrənin ənənəvi "Fondue" yeməyini bişirmişdirlər, bu da mükəmməl qəlyanaltı olaraq aperitivlərin ləzətli tamamlanması olmuşdur.

Yeni il tədbiri dostlar və həmkarlar arasında, restoranın rahat və mehriban şəraitində dadlı yeməklərlə və musiqi proqramı ilə davam etmişdir.

Fürsdən istifadə edərək bütün qonaqları və bizim partnyorlarımızı, o cümlədən ASPI Winery (Savalan), Pendir, Azərbaycan Barmenlər Assosiasiyası, Kristal Plus, NоvaNet, Promart, Print Art Xerox The Document Centre, Luxury Candles və Baku Hotels & Restaurants Guide şırkətlərinə öz dərin minnətdarlığımızı bildiririk.

Hotellər və Restoranlar Assosiasiyası qonaqpərvərlik sənayesində çalışan bütün dostlarımızı və həmkarlarımızı Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə səmimi qəlbdən təbrik edir. Bütün arzularınız bu yeni ildə gerçək olsun! Qarşıdan gələn yeni il yeni planlar və yeni layihələr, uğur və yeni nailiyyətlər ili olsun! Möhkəm can saqlığı, xoşbəxtlik və yeni yaradıcı enerji arzu edirik! Sülh və firavan həyat sürəsiniz!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti