Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir E.İsmayılov/
Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi 2014-cü ildə minə yaxın yeni milli standart qəbul etmək niyyətindədir. Trend-in məlumatına görə, bunu Dövlət Komitəsinin sədri Ramiz Həsənov mətbuat konfransında deyib.
Onun sözlərinə görə, standartların böyük hissəsi (600-ə yaxın) neft-qaz sektoruna, xüsusilə neft-qaz emalı və neft-kimya məhsullarının istehsalı üzrə yeni kompleksə şamil olacaq: "Qalan hissə ölkədə 2014-cü ilin "Sənaye ili" elan edilməsi nəzərə alınmaqla sənaye istehsalı sahəsində qəbul ediləcək".
Qeyd edək ki, Dövlət Komitəsi 2013-cü ildə 600-dən çox standart hazırlayıb.