...

Azərbaycan və Macarıstan rabitə və İT sahəsində saziş imzalamağa hazırlaşırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2014 08:15 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Macarıstan Milli İnkişaf Nazirliyi rabitə və İT sahəsində saziş imzalamağa hazırlaşırlar.
Azərbaycan və Macarıstan rabitə və İT sahəsində saziş imzalamağa hazırlaşırlar

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir A.Axundov/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Macarıstan Milli İnkişaf Nazirliyi rabitə və İT sahəsində saziş imzalamağa hazırlaşırlar. Trend-in məlumatlna görə, bu barədə yanvarın 28-də Bakıda keçirilmiş iki ölkə arasında ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclasının yekunları üzrə imzalanmış protokolda deyilir.

İclasda çıxış edən Azərbaycan rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycana elektron hökumətin inkişafı, kibertəhlükəsizlik və data-mərkəzlərin tikintisi sahələrində Macarıstan təcrübəsi maraqlıdır.

Onun sözlərinə görə, Macarıstan da Azərbaycanın "Azerspace-1" telekommunikasiya peykinin xidmətlərindən istifadə edə bilər. Bundan başqa, nazir müavini Macarıstan şirkətlərini Azərbaycanda inşa olunan Yüksək Texnologiyalar Parkında işləməyə dəvət edib.

İclasın yekunu üzrə tərəflər arasında Azərbaycan, Cənubi Qafqaz və Mərkəzi Asiyada genişzolaqlı infrastrukturu birgə inkişaf etdirmək, həmçinin Macarıstanın Avrasiya alyansına (Eurasian Connectivity Alliance - EuraCA) qoşulması imkanları müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti