...

AMEA-nın İşlər İdarəsinə ayrılan vəsaitlərin icrasına dair yoxlama aparılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2014 17:12 (UTC +04:00)
Hesablama Palatasının Kollegiya iclası keçirilib.
AMEA-nın İşlər İdarəsinə ayrılan vəsaitlərin icrasına dair yoxlama aparılacaq

Azərbaycan, Bakı, 6 fevral /Trend/

Hesablama Palatasının Kollegiya iclası keçirilib.

Trend Palatanın rəsmi saytına istinadən məlumata verir ki, iclasda Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsində (VÖEN 6400126081) vergi qanunvericiliyinə riayət edilməsi vəziyyəti, "Aqrolizinq" ASC-yə dövlət büdcəsindən ayrılan və təkrar istifadə edilən vəsait hesabına alınan aktivlərin (əsas və dövriyyə vəsaitlərinin) struktur bölməsi olan Horadiz aqroservis filialı tərəfindən istifadəsi, uçotu, habelə lizinq əməliyyatları və göstərilən xidmətlərdən daxilolmalar, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinə ayrılan vəsaitlərin istifadəsi və dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Gənclər və İdman Nazirliyinə tikintisi başa çatmış obyektlərə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı audit tədbirlərinin nəticələri üzrə hesabat və rəylər geniş müzakirə olunaraq təsdiq edilib və nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumatların təqdim edilməsi barədə qərar qəbul edilib.

Kollegiya iclasında, həmçinin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İşlər İdarəsinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına, həmçinin "Azərelektrikşəbəkətikinti" ASC tərəfindən dövlət vergilərinin vergi qanunvericiliyinə uyğun hesablanılması və dövlət büdcəsinə ödənilməsinə dair audit proqramları təsdiq edilib.

Gündəlikdə olan digər məsələ, Hesablama Palatasının 2014-cü il 8 yanvar tarixli kollegiya qərarı ilə qəbul olunmuş Audit Proqramına əlavə və dəyişikliklər də müzakirə edilərək təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti