...

Ankarada yeni metro xətti açılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2014 12:28 (UTC +04:00)
Martın 13-də Türkiyənin paytaxtı Ankarada metropolitenin yeni xətti istifadəyə verilib.
Ankarada yeni metro xətti açılıb

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbur R.Hafizoğlu/

Martın 13-də Türkiyənin paytaxtı Ankarada metropolitenin yeni xətti istifadəyə verilib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "TRT Haber" telekanalı xəbər yayıb.

"Kızılay-Çayyolu" metro xəttinin açılışında Baş nazir Rəcəb Tayyib Ərdoğan və digər rəsmi şəxslər iştirak ediblər.

Fevralın 13-də Ankarada metronun yeni "Batıkent-Sincan" xətti açılmışdı. Tikintisi 2012-ci ilin fevralından başlayan yeni xəttin uzunluğu 15,5 kilometr təşkil edir. Metronun yeni xəttinə 11 stansiya birləşdirilib.

Ankara metropoliteni 1996-cı ildə istismara verilib. Paytaxtın metro xəttinin ümumi uzunluğu 60,4 kilometrdir. Ankara metropoliteni 24 stansiyadan ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti