...

"Bank Technique" "Caspian Energy Integration Award – 2014" mükafatına layiq görülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Mart 2014 13:23 (UTC +04:00)
“Caspian Energy Integration Award – 2014” 10-cu beynəlxalq mükafatın təqdimat mərasimi baş tutub.
"Bank Technique" "Caspian Energy Integration Award – 2014" mükafatına layiq görülüb

Azərbaycan, Bakı, 13 mart /Trend/

"Caspian Energy Integration Award - 2014" 10-cu beynəlxalq mükafatın təqdimat mərasimi baş tutub. Trend-in məlumatına görə, bu barədə bankın cümə axşamı yaydığı xəbərdə deyilir.

Tədbir 12 mart tarixində keçirilib.

Tədbirdə "Bank Technique" ASC "İlin Bankı" nominasiyasında qalib elan edilərək, Bankın İdarə Heyətinin üzvü Cəmin Hacıyeva mükafat təqdim edilib. İştirakçıları salamlayaraq Cəmin Haciyev "Bank Technique"in mükafata layiq görülməsinə görə təşəkkürünü bildirib və qeyd edib ki, son iki il ərzində Bankın maliyyə göstəriciləri yaxşı tendensiya ilə yadda qalır və belə nüfuzlu mükafata layiq görülməsi Bankın möhkəm mövqelərinin bir daha sübutudur.

Mərasimdə ümumilikdə 20-ə yaxın nominasiya üzrə mükafatlar müxtəlif şirkət və təşkilatlara təqdim edilib.

Qeyd edək ki, nüfuzlu "Caspian Energy Integration Award" beynəlxalq mükafatının təşkilatçısı öz ətrafında 50-dən artıq ölkənin işgüzar dairəsini cəmləşdirən "Xəzər-Avropa Klubu"dur (Caspian-European Club - CEIBC).

1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan "Bank Technique" Açıq Səhmdar Cəmiyyəti (ASC), 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən "Bank Technique" ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.

Hazırda "Bank Technique"in 32 filial və 16 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Neftçala, Zaqatala, Cəlilabad, Ağstafa, Lənkəran, Xaçmaz, Balakən və Tərtərdə müştərilərin xidmətindədir.

Daha ətraflı məlumat üçün www.banktechnique.az saytına baxa bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti